Elçin Ağamalı müsahibə verdi, qurultayla bağlı görüntülər paylaşdı - YENİ VİDEOLAR
Ana Vətən Partiyasının bu gün keçirilən qalmaqallı qurultayı gündəmin əsas mövzularındandır.
SAVASHMEDİA.az-ın xəbərinə görə, Fəzail Ağamalı qurultayı təxirə saldığını və 2029-cu ilə qədər partiyanın sədri səlahiyyətlərini özündə saxladığını deyib.
Digər tərəfdən isə Fəzail Ağamalının oğlu Elçin Ağamalı 150 qurultay nümayəndəsindən 100-nün səsini aldığını və partiyanın yeni sədri olduğunu bəyan edib.
O, eyni zamanda əlavə edib ki, yaxın günlərdə qurultayın nəticələri ilə bağlı sənədləri Ədliyyə Nazirliyinə təqdim edəcək. Atasının və bacısı Günay Ağamalının ona mane olacağı təqdirdə isə onları məhkəmə ilə hədələyib.
Elçin Ağamalı qurultayda baş verənlərlə bağlı TNS yutub kanalına geniş müsahibə verib. O, eyni zamanda bugünkü qurultayın heç yerdə olmayan videolarını da yayımlayıb.
Oğuz
Həmin müsahibəni və qurultaydan görüntüləri təqdim edirik: