Paşinyan Azərbaycanla sərhədə gəldi

Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Şura üzvləri ilə Tavuş vilayətinin Kirants qəsəbəsinə səfər edib.

Oct 25, 2025 - 21:39
Paşinyan Azərbaycanla sərhədə gəldi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə erməni mənbələri məlumat yayıb.

Baş nazir və İctimai Şuranın üzvləri əvvəlcə Ermənistanla Azərbaycan arasında demarkasiya olunmuş dövlət sərhədinin Kirants hissəsinə baş çəkib, burada görülən işlərin təqdimatı keçirilib.

Növbəti dayanacaq yeni tikilmiş Q.Vardanyan adına ibtidai məktəb olub.