Ağalarovun şirkəti zərərçəkmiş kimi tanındı
“Crocus İnternational” şirkəti “Crocus City Hall” konsert zalında “Piknik” qrupunun çıxışı zamanı baş vermiş terror aktı işi üzrə zərərçəkmiş kimi tanınıb.
SAVASHMEDİA.az bu barədə “TASS”a istinadən xəbər verir.
“Bu qətnamə ilə “Krokus İnternational” Səhmdar Cəmiyyəti Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205, 205.5, 222, 223.1-ci (terror aktı, silah və partlayıcı maddələrin qanunsuz dövriyyəsi, terror təşkilatının fəaliyyətində iştirakdan birində deyilir) maddələri ilə başlanmış cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınıb”, - deyə işin sənədlərindən birində deyilir.
Terror aktı nəticəsində yanan və hazırda fəaliyyət göstərməyən “Crocus City Hall”un sahibi “Krokus İnternational” ASC-dir.
Cinayət-Prosessual Məcəlləsinə əsasən, zərərçəkmişin cinayət işinin materialları ilə tam həcmdə tanış olmaq, məhkəmə araşdırmasında iştirak etmək, sübutlar təqdim etmək, vəsatətlər vermək və dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki iddia qaldırmaq hüququ vardır. Hüquqi şəxs zərərçəkmiş kimi tanındıqda, bütün bu hüquqlarını nümayəndəsi vasitəsilə həyata keçirir.
Bu yaxınlarda məlum olub ki, Rusiya İstintaq Komitəsi Krasnoqorskdakı “Crocus City Hall” konsert zalında baş vermiş terror aktı ilə bağlı araşdırmanı başa çatdırıb.
Xatirə SADİQ