“Putin razılaşmasa, Tramp tərəddüdsüz bunu edəcək” – ABŞ-li nazir
“Putin Ukrayna ilə sülh danışıqları aparmasa, ABŞ Avropa ilə birlikdə Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent “NBS News”a deyib.
“Düşünürəm ki, hər iki tərəf danışıqlar masasına əyləşəndə nə baş verəcəyini görəcəyik. Prezident Tramp çox açıq şəkildə bildirib ki, əgər Prezident Putin xoşməramlı ruhda danışıqlar aparmasa, ABŞ tərəddüdsüz olaraq avropalı tərəfdaşlarımızla birlikdə Rusiyaya qarşı sanksiyaları gücləndirəcək”, - Bessent vurğulayıb.
Eyni zamanda Bessent etiraf edib ki, ölkəsinin Rusiyaya qarşı əvvəlki sanksiyalarının effekti az olub.
“Sizə onu deyə bilərəm ki, Co Bayden administrasiyası dövründə sanksiyalar çox effektsiz idi. Onlar sanksiyaları aşağı səviyyədə saxlayırdılar, çünki bunun neftin daxili qiymətlərini artıracağından qorxdular”, - amerikalı nazir əlavə edib.
Xatirə SADIQ