Məşhur xoreoqraf vəfat etdi
Məşhur xoreoqraf vəfat etdi Rusiyanın tanınmış xoreoqrafı Yuri Qriqoroviç ömrünün 98-ci ilində vəfat edib.
SAVASHMEDİA.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə xoreoqrafın köməkçisi Aleksandr Kolesnikov məlumat verib.
Leninqrad Xoreoqrafiya Məktəbini, daha sonra A.V.Lunaçarski adına Teatr Sənəti İnstitutunu bitirmiş Qriqoroviç 1961 – 1964-cü illərdə Leninqrad adına Opera və Balet Teatrında xoreoqraf, sonra isə Moskva Bolşoy Teatrın baş xoreoqrafı təyin edilib. O, 1995-ci ilə qədər bu vəzifədə çalışıb, 2008-ci ildə işə qayıdaraq tam ştatlı xoreoqraf olub.
Onun quruluş verdiyi əsərlər dünyanın bir sıra məşhur teatrlarının səhnələrində nümayiş etdirilib.
Xatirə SADİQ