5 ton təyyarə təkəri müsadirə olundu – Polşada

Polşa gömrüyü “Boeing” mülki təyyarələri üçün Belarus və Rusiyadan tranzitlə daşınmalı olan 5 ton təkər müsadirə edib. 

May 19, 2025 - 15:25
5 ton təyyarə təkəri müsadirə olundu – Polşada

SAVASHMEDİA.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Polşa Milli Vergi İdarəsi bildirib. 

Əməkdaşlar Koroşində yük maşınına baxış zamanı aşkar ediblər ki, sürücü bəyan edilmiş avtomobil və avtobus şinləri əvəzinə “Boeing” mülki təyyarələrində istifadə edilən təkərləri daşıyır”, - deyə Milli Vergi İdarəsindən deyilib.

Qurum qeyd edib ki, belə mallar Avropa İttifaqının sanksiyalarına məruz qalır. 

Gömrük dələduzluğu faktı ilə bağlı cinayət işi açılıb, sanksiyalı mallar saxlanılıb. Təyyarə təkərlərini göndərən İspaniyadan, alan isə Azərbaycandan olan şirkət olub. Avropadan Rusiya ərazisindən Orta Asiya və Qafqaz ölkələrinə sanksiya tətbiq edilən malların tədarükü məhdudlaşdırıcı tədbirlərdən yan keçmək sxemlərindən birinə çevrilib. MDB ölkələrinə gedən belə tranzit yüklər təyinat yerinə çatmır, yol boyu, çox vaxt isə Rusiya ərazisində “itirilir”.

“The Moscow Times” yazır ki, Qərb ölkələrindən təyyarə hissələrinin tədarükündən çəhrum olan Rusiya aviaşirkətləri onları müxtəlif üsullarla ölkəyə idxal etməyə çalışır.

Xatirə SADIQ