Rubiodan Kremlə xəbərdarlıq 

“Rusiya iqtisadiyyatına zərbə vurmaq məqsədilə respublikaçı senator Lindsi Qrem yeni sanksiyaların tətbiqinə dair qanun layihəsini müstəqil şəkildə qəbul etmək üçün kifayət qədər senator toplayıb”.

May 19, 2025 - 15:34
May 19, 2025 - 15:35
Rubiodan Kremlə xəbərdarlıq 

SAVASHMEDİA.az xəbər verir ki, bunu CBS News telekanalına müsahibəsində ABŞ dövlət katibi Marko Rubio deyib. 

“Senat, nəhayət, hərəkətə keçəcək. Danışıqlarda irəliləyiş əldə edə biləcəyimizi görmək üçün daha əvvəl bizə bir az vaxt verməyi xahiş etmişdik. Biz həm də həftələr ərzində Rusiya tərəfi ilə də çox açıq idik. Biz altı və ya yeddi həftədir onların nəzərinə çatdırırdıq ki, bu cəhdə [sanksiyaların tətbiqi] təşəbbüs edilir, Senatda 80-ə yaxın həmmüəllifimiz olacaq və mən Nümayəndələr Palatasında da buna bənzər dəstək görürəm. Bu isə elə hərəkətdir ki, biz onu dayandıra bilmirik, ona nəzarət etmirik”, - deyə dövlət katibi vurğulayıb.

Rubio eyham edib ki, sülh danışıqlarında irəliləyiş olmadığı təqdirdə Senat Qrem layihəsini qəbul edəcək və bu məqam indi “yaxınlaşır”.

Bundan öncə “Bloomberg” iddia edib ki, bu gün telefon danışığı zamanı ABŞ prezidenti Donald Tramp Qrem qanun layihəsinə istinad edərək, qarşısını ala bilməyəcəyi sanksiyaların Rusiyaya qarşı tətbiq ediləcəyi barədə Putinə xəbərdarlıq edə bilər.

Qrem qanun layihəsi Vaşinqtona Rusiyadan neft, neft məhsulları, təbii qaz və ya uran alan ölkələrdən idxala 500 faiz rüsum tətbiq etməyə imkan verəcək.

Xatirə SADIQ