İlon Mask Rusiyadan siyasi sığınacaq istədi - Rusiyalı deputatdan ŞOK + VİDEO

Amerikalı iş adamı, ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) keçmiş rəhbəri İlon Maskın siyasi sığınacaq verilməsi xahişi ilə Rusiyaya müraciət etdiyi iddia olunub. 

Jun 20, 2025 - 15:04
İlon Mask Rusiyadan siyasi sığınacaq istədi - Rusiyalı deputatdan ŞOK + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, bu iddia ilə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiya Dövlət Dumasının deputatı Vladislav Davankov çıxış edib. 

Onun sözlərinə görə, Maskın müraciəti Rusiya Xarici İşlər Nazirliyində (XİN) qeydə alınıb. Deputat əlavə edib ki, XİN-dən cavab bir ay ərzində gəlməlidir.

“Hesab edirəm ki, İlon Mask səhvlər edib, ancaq bu səhvləri bağışlamağı bacarmaq lazımdır. Əgər alınmasa, biz onu həmişə gözləyəcəyik. O, texnologiyası və vizionu baxımından çox əladır”, - deyə Davankov vurğulayıb.

Maskın özü bu açıqlamanı şərh etməyib. 

İyunun 6-da Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Dmitri Novikov bəyan etmişdi ki, Mask guya Rusiya Federasiyasında siyasi sığınacaq ala bilər, lakin onun buna ehtiyacı olmayacaq.

Xatirə SADİQ