Zaxarova Zelenskini TƏHQİR ETDİ – “İllərlə axtarılan təlxək...”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna Prezidenti Volodimir Zelenskini “təlxək” adlandırıb.

Nov 25, 2026 - 14:42
Zaxarova Zelenskini TƏHQİR ETDİ – “İllərlə axtarılan təlxək...”

SAVASHMEDİA.az xəbər verir ki, Zaxarova bu barədə “Sputnik” radiosunun efirində danışıb.

O, Almaniyanın müdafiə naziri Boris Pistoriusun Baltik dənizi regionunda münaqişənin genişləndirilməsinin yolverilməzliyi ilə bağlı xəbərdarlığını şərh edərkən Qərb ölkələrini tənqid edib.

Zaxarovanın sözlərinə görə, Qərb siyasətçiləri uzun illər ərzində Zelenskinin hakimiyyətə gəlməsi üçün şərait yaradıblar.

“Onlar bunu kimə deyirlər? Özlərinin yetişdirdiyi adama? Axı o onların yetişdirməsidir. Uzun illər ərzində belə bir təlxək axtarıb, lazımi şəraiti yaradıblar, Maydan hadisələrini təşkil edib, pul və pasportlar paylayıblar. Daha sonra isə təlxəyi taxta çıxarıblar”, – deyə Rusiya XİN rəsmisi bildirib.

Banu