ABŞ İranda quru əməliyyatına hazırlaşır - Hədəf bu ərazilərdir
Pentaqon İranda məhdud yerüstü əməliyyat planı hazırlayır. Prezident Donald Trampın hələlik buna icazə vermədiyi deyilir.
SAVASHMEDİA.az xəbər verir ki, bunu “Washington Post” adının çəkilməsini istəməyən amerikalı rəsmiyə istinadən yazıb.
Məlumata görə, əməliyyat çərçivəsində xüsusi təyinatlılar və piyadalar Xarq adası və Hörmüz boğazının yaxınlığındakı sahil rayonlarına hücumlar edə bilərlər. Bununla belə qəzetin mənbəsi əməliyyatın genişmiqyaslı müdaxilə olmayacağını deyib.
ABŞ dövlət katibi Marko Rubio cümə günü Vaşinqtonun məqsədinə quru qoşunlarından istifadə etmədən çatacağını deyib. Lakin qəzet yazır ki, Müdafiə Nazirliyinin hazırladığı əməliyyat “son dəqiqə edilən planlaşdırma” deyil.
İranla davam edən müharibə fonunda ABŞ bölgədəki dəniz piyadalarının sayını 5500-ə çatdırıb. Onlardan 2200-ü “Tripoli” gəmisi ilə Yaxın Şərqə gəliblər. Bölgəyə həmçinin 2500 nəfərlik desant qrupunun göndərildiyi, eləcə də 82-ci hava-desant diviziyası üçün hazırlıqlar aparıldığı iddia edilir.
Səlcuq