Putindən Ukrayna mesajı - İlk dəfə GÜZƏŞTDƏN DANIŞDI
Rusiya Prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin həlli üçün Moskvanın müəyyən güzəştlərə hazır olduğunu açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, Putin bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Onun sözlərinə görə, Rusiya ABŞ Prezidenti Donald Trampla Ankoricdə keçirilən görüş zamanı müzakirə olunan şərtlər əsasında Ukrayna ilə sülh razılaşmasının əldə olunmasında maraqlıdır.
“Biz, şübhəsiz ki, Trampla Ankoricdə müzakirə etdiklərimizə əsasən, Ukrayna ilə razılığa gəlməyə hazırıq və buna can atırıq. Həmin görüşdə müzakirə etdiyimiz güzəştlərə getməyə də hazırıq. Lakin Ukrayna tərəfi də kompromislərə hazır olmalıdır”, - Putin bildirib.
Oğuz