Trampla Putin Alyaskadakı köhnə məzarlıqda görüşəcəklər - Uşakovdan "niyə" sualına cavab

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Alyaskada sabah baş tutacaq tarixi görüş üçün yer seçimini şərh edib.

Aug 14, 2025 - 14:15
Aug 14, 2025 - 14:17
Trampla Putin Alyaskadakı köhnə məzarlıqda görüşəcəklər - Uşakovdan "niyə" sualına cavab

SAVASHMEDİA.az-ın xəbərinə görə, o, Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında reallaşacaq zirvə görüşünün Alyaskada sovet pilotlarının dəfn olunduğu məzarlığın yaxınlığında keçiriləcəyini təsdiqləyib.

Onun sözlərinə görə, bunun simvolik anlamı var.

“Görüşün keçiriləcəyi hərbi bazanın yanında 1942-1945-ci illərdə “Lend-Lease” proqramı çərçivəsində SSRİ-yə Amerika təyyarələrini daşıyarkən həlak olmuş doqquz sovet pilotu, iki hərbçi və iki mülki şəxsin məzarları var. Bu yer bizə xalqlarımızın nasizmə qarşı mübarizədəki qardaşlığını xatırladır. Hazırkı vəziyyətdə belə simvolizm vacibdir”, - Uşakov izah edib.

Oğuz