"Ölüm-itim olmasını istəmirəm, ona görə də tələsmirəm" - Trampdan İran açıqlaması

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton İranın nüvə proqramı ilə bağlı bu ölkəyə hücum etməyə tələsmir.

Apr 18, 2025 - 01:46
"Ölüm-itim olmasını istəmirəm, ona görə də tələsmirəm" - Trampdan İran açıqlaması

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Trampdan soruşublar ki, nüvə proqramına görə İrana hərbi zərbə endirmək ehtimalı nə dərəcədə realdır:

“Deməzdim ki, bu variantı tam istisna edirəm. Amma tələsmirəm. Çünki düşünürəm ki, İranın böyük bir dövlət qurmaq və ölüm-itim olmadan xoşbəxt yaşamaq imkanı var. Mən bunu görmək istərdim – bu birinci variantdır. Əgər ikinci variant baş verərsə, düşünürəm ki, bu, İran üçün çox pis olar. Fikrimcə, İran danışıqlar aparmaq istəyir. Ümid edirəm ki, onlar dialoq istəyirlər. Əgər belə olsa, bu, onlar üçün çox yaxşı olacaq”, – deyə Tramp vurğulayıb.