İran rəsmisi Paşinyanı TƏHDİD ETDİ - "Ayaqlarını qırarıq"
İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Ermənistanın ABŞ-nin dəstəklədiyi TRIPP layihəsinə dəstəyini tənqid edib.
SAVASHMEDİA.az xəbər verir ki, Vilayəti Ermənistan parlamentinin layihəni təsdiqləməsini Nikol Paşinyan hökumətinin yanlış addımı kimi qiymətləndirib.
Vilayəti bildirib ki, TRIPP layihəsinin ratifikasiyası Ermənistan xalqının maraqlarına ziddir.
O, beş il əvvəl Tehranda keçirilən görüşlərdə Zəngəzur dəhlizinin yaradılmasına qarşı çıxıldığını xatırladaraq, bu mövqenin İranın xarici siyasətində dəyişməz “qırmızı xətt” olduğunu vurğulayıb.
O, Ermənistanın Tehrandakı səfirinə də xəbərdarlıq etdiyini bildirib:
"Son sözümü Ermənistanın səfirinə də açıq şəkildə dedim: Əgər Tramp və onun müttəfiqləri İranın bu "qırmızı xətti"ni keçmək istəsələr, onların ayaqlarını qırarıq”.
Vilayəti Ermənistanın Rusiyanın Ukraynadakı müharibəyə cəlb olunması səbəbindən Moskvanın Cənubi Qafqaza diqqətinin azalacağını düşünməsini də yanlış hesab edib. Onun sözlərinə görə, İran Rusiyanın iştirak edib-etməməsindən asılı olmayaraq, regionun təhlükəsizliyini qorumağı öz məsuliyyəti sayır.
Oğuz