Ərdoğan noyabrın 8-də Azərbaycana gəlməyə də bilər - Özü DANIŞDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər etməyi planlaşdırdığını açıqlayıb.

Nov 5, 2026 - 13:27
Ərdoğan noyabrın 8-də Azərbaycana gəlməyə də bilər - Özü DANIŞDI

SAVASHMEDİA.az bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir. 

“8 noyabr Azərbaycanın Zəfər Günüdür. Mən də fövqəladə bir vəziyyət yaranmasa, noyabrın 8-də Azərbaycana səfər etməyi düşünürəm. İnşallah, bu səfər münasibətilə lazımi addımları atmaq imkanımız olar” - Ərdoğan bildirib.

Azərbaycanla Türkiyə arasındakı münasibətlərə toxunan dövlət başçısı iki ölkə arasındakı əlaqələrin ənənəvi diplomatik təmaslardan daha geniş məna daşıdığını qeyd edib:

“Azərbaycanla münasibətlərimiz klassik diplomatik təmaslardan çox-çox irəlidir. İki ölkə arasındakı qırılmaz bağ ortaq tariximizin, mədəniyyətimizin, taleyimizin və inşallah, gələcəyimizin məhsuludur”.

Banu