Polad Həşimovun anasının SON DURUMU – YENİ AÇIQLAMA
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın son durumu açıqlanıb.
SAVASHMEDİA.az-a TƏBİB-dən verilən məlumata görə, 1949-cu il təvəllüdlü Səmayə Həşimova oktyabrın 27-də saat 10:00 radələrində Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasına yerləşdirilib.
“Müayinələr zamanı pasiyentə arterial hipertenziya, şəkərli diabet və ürək çatışmazlığı diaqnozları qoyulub. Həmçinin onda pnevmoniya əlamətləri aşkarlanıb. Hazırda Səmayə Həşimovanın müalicəsi xəstəxananın Terapiya şöbəsində davam etdirilir. Vəziyyəti stabildir”.
Banu