Tramp əsas adamını Bakıya niyə göndərir? - Özü AÇIQLADI
ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensin Azərbaycan və Ermənistana səfər edəcəyini açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, ABŞ prezidenti səfərin fevralda baş tutacağını və Vaşinqtonun sülh təşəbbüsləri ilə bağlı olacağını deyib.
“Fevralda Vens Azərbaycanı və Ermənistanı ziyarət edəcək. Səfərin əsas məqsədi bölgədəki sülh səylərimizin gücləndirilməsi, eləcə də “Tramp beynəlxalq sülh marşrutu”nun inkişafı ilə bağlıdır” - Tramp “Truth Social”dakı hesabında yazıb.
Onun sözlərinə görə, ABŞ Azərbaycanla strateji tərəfdaşlığını gücləndirmək, Ermənistanla dinc nüvə əməkdaşlığı haqqında müqavilə imzalamaq, eləcə də ABŞ istehsalı yarımkeçiricilərlə bağlı razılaşmanı müzakirə etdirmək niyyətindədir. Tramp həmçinin Azərbaycana ABŞ istehsalı olan müdafiə vasitələrinin, o cümlədən zirehli gödəkçələr və katerlər satmaq planlarının olduğunu bildirib.
ABŞ lideri prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana avqustda imzanan razılaşmaya əməl etdiklərinə görə təşəkkür edib.
Bununla belə, Tramp Vensin Bakıya səfərinin dəqiq tarixi ilə bağlı açıqlama verməyib.
Hələlik nə Bakı, nə də Yerevan Vensin gözlənilən səfəri ilə bağlı açıqlama veriblər.
Oğuz