Niyaməddin Musayev qızının FHN-də işə düzəlməsindən danışdı - "Mən xahiş etmişdim..."

Xalq artisti Niyaməddin Musayev qızının bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyində işləməsi və polkovnik rütbəsi daşıması xəbərlərinə münasibət bildirib.

Jan 24, 2026 - 13:47
Niyaməddin Musayev qızının FHN-də işə düzəlməsindən danışdı - "Mən xahiş etmişdim..."

SAVASHMEDİA.az xəbər verir ki, Xalq artisti oxu24.com-a açıqlamasında qızının bir neçə il əvvəl FHN-də işləməsini təsdiqləyib.

"Bəli,qızım orada işləyib. Mən o vaxt nazirliyə getdim və qızımın işə götürülməsini xahiş etdim. Onlar da xahişimi yerə salmadılar.Yoxladılar, imtahan etdilər və işə götürdülər. Qızım ali təhsillidir. Qanuni şəkildə işə qəbul edilib. Ancaq onun rütbəsindən xəbərim yoxdur", - Niyaməddin Musayev bildirib.

"Qərar özünün oldu. Mən ona qarışa bilməzdim. Əlavə suallara cavab vermək istəmirəm. Bu, söz-söhbətlər onsuz da məni yorub", -Xalq artisti bildirib.