Hicablı qızların İrana dəvət edilməsinə Bakıdan SƏRT CAVAB
İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın azərbaycanlı hicablı qızları İran universitetlərində təhsil almağa dəvət etməsi Bakı ilə Tehran arasında gərginliyə səbəb olub.
SAVASHMEDİA.az xəbər verir ki, Azərbaycanın Elm və Təhsil Nazirliyi cavab olaraq İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq imkanlarının məhdudluğuna diqqət çəkib.
Nazirlik eyni zamanda İran rəsmisinin fikirlərini ölkəmizin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirib.
Bu isə İranda yaşayan azərbaycanlıların ana dilində təhsil hüququ ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Xatırladaq ki, İran Konstitusiyasının 15-ci maddəsi regional və etnik dillərin məktəblərdə tədrisinə imkan versə də, ölkədə Azərbaycan dilində təhsil sistemi mövcud deyil.
Səlcuq