İlham Əliyev niyə o şəhərlərin adını çəkdi? - Paytaxt dəyişir?
Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər həm yerli, həm də beynəlxalq mediada ciddi müzakirələrə səbəb olub.
SAVASHMEDİA.az xəbər verir ki, dövlət başçısının istər ölkə əhməyyətli, istərsə də bölgə və beynəlxalq səviyyəli məsələlərə münasibəti maraqla qarşılanıb.
Müsahibədə diqqət çəkən məqamlardan biri də Prezidentin Xankəndi və Ağdam şəhərləri ilə bağlı səsləndirdiyi fikirlərdir.
Sitat: “Şərt deyil ki, hamı Bakıya gəlsin. Əksinə, bu gün misalçün Xankəndi kimi şəhərə Bakıdan, Naxçıvandan, başqa yerlərdən gəlirlər. Xankəndi və Ağdam azad edilmiş bölgələrin əsas şəhərləri olacaq”.
Bəzi şəxslər Prezidentin bu fikirlərini Azərbaycanın paytaxt dəyişikliyinə hazırlaşmasının mesajı kimi qəbul ediblər. Bu fikirlə razılaşmayanlar isə Xankəndi və Ağdam şəhərlərinin Prezident tərəfindən xüsusi olaraq vurğulanmasının paytaxt dəyişikliyinə hazırlıqla əlaqəli olmadığını önə çəkirlər.
Onlar hesab edir ki, bu mesaj sadəcə olaraq adıçəkilən şəhərlərin Qarabağ və ətraf bölgələr üçün xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırmaq məqsədilə verilib.
Oğuz