"Bu, geri çəkilməyim demək deyil" - Oktay Saraldan YENİ AÇIQLAMA 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral sosial media hesabında paylaşım edərək istefa verdiyini açıqlayıb. 

Oct 26, 2026 - 13:53
"Bu, geri çəkilməyim demək deyil" - Oktay Saraldan YENİ AÇIQLAMA 

SAVASHMEDİA.az xəbər verir ki, O.Saral istefasını prezidentə bu gün təqdim etdiyini bildirib.

“Bu gün 2016-cı ildən bəri böyük şərəf, qürur və məsuliyyətlə yerinə yetirdiyim Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın baş müşaviri vəzifəsindən istefamı təqdim etmişəm.

Vəzifələr gəldi-gedər, titullar əldən-ələ keçər. Əsas məsələ insanın hansı vəzifədə oturması deyil, hansı dəyərlərin arxasında dayanmasıdır.

Bizim üçün əsas olan vəzifələr deyil, illərdir eyni istiqamətdə irəlilədiyimiz amalımız və cənab Prezidentimizlə çiyin-çiyinə verdiyimiz mübarizədir.

Bu qərarım inandığım dəyərlərdən və xalqımıza xidmət etmək iradəmdən bir addım geri çəkilməyim demək deyil. Dünən olduğu kimi, bu gün də, sabah da cənab Prezidentimizin yanında, eyni inam və qətiyyətlə yolumuza davam edəcəyəm.

Allah bizi vəzifələrin kölgəsində güc axtaranlardan deyil, həqiqətin işığında dik dayananlardan etsin. Nəyin bahasına olursa-olsun, inandığı dəyərləri müdafiə edənlərdən etsin” – Saral qeyd edib.

Banu