"Fələstin ərəb liderlərinin heç vecinə də deyil, qapalı görüşlərdə..." - Netanyahu
İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin beynəlxalq maliyyə sanksiyaları ilə üzləşə biləcəyini istisna etməyib.
SAVASHMEDİA.az xəbər verir ki, Netanyahu İsrailə qarşı mümkün maliyyə məhdudiyyətlərinə hazır olmağın vacibliyini vurğulayıb.
“Biz artıq İsrailə qarşı maliyyə sanksiyalarına hazır olmalıyıq. Bu, mümkün ehtimaldır”, - o bildirib.
Netanyahu ərəb dövlətlərini Fələstin məsələsindən yaxşı imic qazanmaq üçün sui-istifadə edildiyini deyib:
“Ərəb liderləri ilə qapalı görüşlərdə onların Fələstin məsələsinə ümumiyyətlə əhəmiyyət vermədiklərini görürəm. Fələstin məsələsi onlar üçün PR alətinə çevrilib. Onların Fələstinlə bağlı zərrə qədər də narahatlığı yoxdur, bu məsələ heç vecinə də deyil”, - Netanyahu bildirib.
Oğuz