"Anam sənə aşiq idi, hər dəfə televizorda görəndə..." - Tramp 

ABŞ Prezidenti Donald Tramp Britaniya kral ailəsinin – Kral III Çarlz və Kraliça Kamillanın səfəri zamanı etdiyi çıxışla diqqət çəkib. 

Apr 29, 2026 - 10:30
Apr 29, 2026 - 10:31
"Anam sənə aşiq idi, hər dəfə televizorda görəndə..." - Tramp 

SAVASHMEDİA.az xəbər verir ki, Tramp mərhum Kraliça II Elizabeti də xatırlayaraq, onu yaxından tanımağın özü üçün böyük şərəf olduğunu vurğulayıb.

O, Ağ Evin ərazisində 1991-ci ildə Kraliça tərəfindən əkilmiş ağacı göstərərək bildirib ki, bu, iki ölkə arasında əsrlərə dayanan münasibətlərin rəmzidir.

Tramp daha sonra Şotlandiya əsilli anasının Britaniya kral ailəsinə böyük rəğbət bəslədiyini qeyd edib. Onun sözlərinə görə, anası tez-tez televizorda Kraliçanın çıxışlarını izləyir və heyranlığını gizlətmirdi.

ABŞ prezidenti əlavə edib ki, anası bir vaxtlar “Gənc Çarlz çox şirindir” deyərək ona simpatiya göstərib.

“Anam Çarlza aşiq idi” - Tramp zarafatla əlavə edib.

Oğuz