“İsraillə İran eyni vaxtda mənə müraciət etdi” – Donald Tramp
ABŞ prezidenti Donald Tramp bildirib ki, İsrail və İran eyni vaxtda barışmaq üçün ona müraciət edib.
SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ prezidenti “Truth Social” sosial şəbəkəsində yazıb.
“Mən anladım ki, vaxtı çatıb. Sülh və Yaxın Şərq əsl qalibdir. Hər iki ölkə gələcəyində böyük sevgi, sülh və firavanlıq görəcək. Onların qazanacaqları çox şey var, amma ədalət və haqq yolundan azarlarsa, itirəcəkləri də çoxdur. İsrailin və İranın gələcəyi qeyri-məhduddur və böyük vədlərlə doludur. Tanrı hər ikisini qorusun!”, - deyə Tramp vurğulayıb.
ABŞ prezidenti xəbərdarlıq edib ki, İsraillə İran arasında atəşkəs rejimi qüvvəyə minib.
“Bütün tərəflərdən razılaşmaya əməl etmək xahiş olunur”, - deyə o, vurğulayıb.
Xatirə SADİQ