“İlham Əliyevlə Putinin görüşü fantastika idi” - Dmitri Qordon
“Getdikcə daha çox ölkə Putini tərk edir. Dünən ona baxmaqdan qorxan ölkələrin liderləri getdikcə daha çox ona qarşı açıq-aşkar davranırlar”.
SAVASHMEDİA.az xəbr verir ki, bunu ukraynalı jurnalist Dmitri Qordon jurnalist həmkarı Vasili Qolovanovla stirimində deyib.
“Buna misal olaraq Azərbaycan prezidenti İlham Əliyevlə Putinin görüşünü göstərmək olar. Bu fantastikadır! Mən bu görüşü yaxından izlədim, fotoşəkillərə baxdım. Orada prezident Əliyev güclü, özünə və ölkəsinə arxayın olan, torpağını geri qaytarmış qalibin təbəssümü ilə gülümsəyir. O, dimdik oturur, həmsöhbəti Putinə baxmır, düz irəli baxır. Putin ona tərəf çevrilərək “Azərbaycan Hava Yolları”nın təyyarəsini vurduqlarından danışmaqla dili dolaşan səslə iki dəfə üzr istəyir. Putin və Rusiya haqqında başqa nə bilmək lazımdır? Bu kapitulyasiyadır. Bu, güclülər qarşısında təslim olmaqdır. Bu da sözlərimi təsdiqləyir. Həmişə təkrar edirəm: Putin və ruslar ancaq güc dilini başa düşürlər. Onların qılığına girməyə başlayanda, münasibət qurmağa çalışanda, onlar qabalaşır”.
Oğuz