Oğurluğunu etiraf edən "Şərurlu İsfəndiyar" niyə həbs olunmur? – "Çoban olsa da..."
Tanınmış tikinti maqnatı, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun 1990-cı illərdə oğurluq etməsi ilə bağlı etirafı sosial şəbəkələrdə və media resurslarında müzakirələrə səbəb olub.
SAVASHMEDİA.az xəbər verir ki, bəzi jurnalistlər və sosial şəbəkə istifadəçiləri iş adamının bu etirafını əsas gətirərək, hüquq-muhafizə organlarının niyə hərəkətə keçmədiyini sorğulayır.
Tanınmış hüquqşünas Müşfiq Abbasov mövzuya hüquqi baxımdaqn baxımdan aydınlıq gətirib.
Onun sözlərinə görə, illər əvvəl törədilmiş əməllə bağlı cinayət məsuliyyətinə cəlb etmə müddəti çoxdan başa çatib.
Müşfiq Abbasovun fikirlərini olduğu kimi təqdim edirik:
"Şərurlu İsfəndiyar müsahibə verərkən deyib ki, 1990-cı illərdə oğurluq etmişəm. Bəzi jurnalistlər də həmin videonu yayaraq yazırlar ki, dövlət hara baxır, indi bu kişinin pulu var deyə bu məsələ bağlı qalmalıdır. Axı adam öz dili ilə deyir ki, oğurluq etmişəm. Həmin videonun altına yüzlərlə adam şərh yazıb ki, İsfəndiyarın pulu var deyə hər şeyi ört-basdır edə bilir.
Əslində çoban, savadsız adlandırdığınız İsfəndiyar kişi nə danışdığını çox gözəl bilir və bəzi insanlardan da savadlıdır. 1990-cı illərdə olan oğurluq cinayətinin üstündən 30 ilə qədər vaxt keçib. Ağırlaşdırıcı hallarda oğurluq cinayəti ağır cinayət hesab olunur və onun cəlb etmə müddəti 12 ildir. Bu müddətdə əgər ona qarşı cinayət işi başlanıb məsuliyyətə cəlb olunmayıbsa, barəsində axtarış qərarı qəbul edilməyibsə, daha cinayət işi başlana və məsuliyyətə alına bilməz, çünki cinayət məsuliyyətinə cəlb etmə müddəti keçib.
Ona görə əziz jurnalistlər, hüquq sahəsini bilmədiyiniz halda insanları çaşdırmayın. Bir çoban sizdən pullu olmaqla yanaşı həm də nə danışdığını çox yaxşı bilir. Dövlət isə hər şeyi bilir və görür..."
Səlcuq