Abbas Araqçı Trampa LAĞ ETDİ
ABŞ prezidenti Donald Trampın son çıxışları Tehranın kəskin reaksiyasına və həm də ironik cavabına səbəb olub.
İranın xarici işlər naziri Abbas Araqçi Vaşinqton rəhbərinin açıqlamalarında məntiqsiz ziddiyyətlərin olduğunu bildirib.
Nazirin sözlərinə görə, Trampın ritorikası bir-birini təkzib edir: o, əvvəlcə İranın hərbi-dəniz qüvvələrinin sıradan çıxarıldığını deyir, lakin eyni zamanda ABŞ gəmilərinə hücum ehtimalı ilə bağlı sərt xəbərdarlıqlar edir.
Araqçi bu yanaşmanı ironik tərzdə tənqid edərək diqqəti əsas suala yönəldib. Onun fikrincə, əgər İranın donanması həqiqətən məhv edilibsə, bu halda Vaşinqtonun narahatlığı anlaşılmaz görünür.
“Eyni mövzuda fərqli və bir-birinə zidd bəyanatlar səsləndirilir. Əgər donanma artıq mövcud deyilsə, onda hansı təhlükədən danışılır? Bu məsələyə aydınlıq gətirilməlidir”, - iranlı diplomat bildirib.
Tehran rəsmisinin bu açıqlaması iki ölkə arasında informasiya müstəvisində qarşıdurmanın davam etdiyini və ritorikanın getdikcə daha sərt xarakter aldığını göstərir.
Oğuz
SAVASHMEDİA.az