İspaniya millisi Bakıda dünya çempionu oldu
Bakıda təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalı başa çatıb.
SAVASHMEDİA.az xəbər verir ki, turnirin son qarşılaşması A divizionunda İspaniya və Çexiya yığmaları arasında keçirilib.
İspaniya yığması rəqibini 3 cavabsız qolla məğlub edərək dünya çempionu olub.
Digər divizionlarda da final oyunları baş tutub.
Qarşılaşmaların nəticələri belə olub:
F divizionu
Yeni Zelandiya – Efiopiya – 2:1
E divizionu
Mərkəzi Afrika Respublikası – Banqladeş – 4:1
D divizionu
Kanada – Tacikistan – 2:4
C divizionu
Belarus – Tunis – 3:0
B divizionu
Portuqaliya – Zambiya – 2:5