Azərbaycanda bir neçə şagird ROTAVİRUSA YOLUXDU - TƏBİB-dən TƏSDİQ
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəbin bir neçə şagirdinin rotavirusa yoluxduğu bildirilir.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Xatırladaq ki, rotavirus əsasən mədə-bağırsaq sisteminə təsir edən və xüsusilə uşaqlar arasında yayılan yoluxucu virusdur. İnfeksiya sulu ishal, qusma, qarın ağrısı və qızdırma ilə müşayiət olunur.
Virus əsasən çirkli əllər, yoluxmuş şəxslə təmas və çirklənmiş əşyalar vasitəsilə yayılır. Məktəb və uşaq bağçaları kimi insanların sıx təmasda olduğu yerlərdə infeksiyanın yayılma riski artır.
Aytən