Kapadokiyada peribacası UÇDU - Ölənlər və yaralananvar + FOTOLAR

Türkiyənin Kapadokya bölgəsində yerləşən Göreme Açıq Hava Muzeyinin girişində qaya (peribacası) uçqunu baş verib.

Oct 29, 2026 - 17:51
Kapadokiyada peribacası UÇDU - Ölənlər və yaralananvar + FOTOLAR

SAVASHMEDİA.az xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.

Nevşehir vilayətinin valisi Hüseyn Kök bildirib ki, güclü yağış nəticəsində yaranan torpaq sürüşməsi qayaların qopub düşməsinə səbəb olub:

“Həddindən artıq yağıntı nəticəsində bu gün saat 15:15 radələrində torpaq sürüşməsi baş verib. Göreme qəsəbəsindəki qaya uçqunu səbəbindən hazırda, təəssüf ki, iki nəfərin meyitini tapmışıq, bir yaralını isə xəstəxanaya göndərmişik. Hadisə yerində axtarış-xilasetmə işlərimiz davam edir”.

Qeyd edək ki, Kapadokyada 2024-cü ildə də oxşar hadisə baş verib. Həddindən artıq yağan qar nəticəsində “peribacaları”ndan (qaya sütünü) biri gecə saatlarında çöküb. Hadisə zamanı insan tələfatı və maddi ziyan qeydə alınmayıb.

Banu