Möcüzə baş vermədi - Aparatdan ayırdılar

Dünən axşamdan etibarən həkimlərin səyləri baxmayaraq, aktyor Azər Baxşəliyevin ümumi vəziyyətində geridönməz proseslər baş verib.

Jan 5, 2025 - 10:00
Jan 5, 2025 - 10:29
Möcüzə baş vermədi - Aparatdan ayırdılar

SAVASHMEDIA.az xəbər verir ki, bu barədə  Azərbaycan Tibb Universitetinin mətbat katibi Günel Aslanova xəbər verib.

Bildrilib ki, poli orqan çatmamazlığı səbəbindən, orqanizm yaşama qabiliyyətini itirib: "Bu səbəbdən Azər Baxşəliyevin valideyn və ailə üzvlərinin istəyi ilə xəstə süni tənəffüs aparatından ayrılıb, bu gün evə aparılır".

Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən aktyor yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olub. Yanvarın 2-də ürəyi dayanmış, həkimlərin səyi ilə ürək fəaliyyəti bərpa edilmişdi.