Mixail Saakaşvili 9 il azadlıqdan məhrum olundu
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili 9 il müddətinə azadlıqdan məhrum edilib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Exo Kavkaza” məlumat yayıb.
Məhkəmə Gürcüstanın eks-prezidentini külli miqdarda büdcə vəsaitlərini mənimsəməkdə təqsirli bilib.
Azadlıqdan məhrum olunmanın yeni müddəti Saakaşvilinin saxlanıldığı vaxtdan – 2021-ci il oktyabrın 1-dən hesablanacaq. Beləliklə, hökmə əsasən, o, yalnız 2030-cu il oktyabrın 1-də azadlığa buraxılacaq. Eyni zamanda, ona qarşı digər işlər üzrə məhkəmələr də davam edir.
Xatırladaq ki, Saakaşvili hazırda başqa ittihamlar üzrə 6 il həbs cəzası çəkir.
Saakaşvili bundan öncə dəfələrlə ittihamları rədd edərək, məhkəmənin siyasi xarakter daşıdığını deyib.
Xatirə SADİQ