Rusiya hücumu gücləndirib – Ukrayna Baş Qərargahı

Rusiya ordusu hücumları gücləndirib və 24 saat ərzində cəbhədə 259 döyüş baş verib.

Mar 12, 2025 - 11:28
Rusiya hücumu gücləndirib – Ukrayna Baş Qərargahı

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Rusiya ordusu ən çox Liman, Toretsk və Pokrovski istiqamətlərində, eləcə də Rusiyanın tərkibində olan Kurskda hücuma keçib.

“Düşmən (son 24 saat ərzində – red.) Ukrayna bölmələrinin mövqelərinə və yaşayış məntəqələrinə 2 raketdən istifadə etməklə 2 raket zərbəsi endirib, həmçinin 74 avia zərbəsi endirərək 116 idarə olunan bomba atıb. Bundan əlavə, 5000-dən çox atışma olub və 2285 dron-kamikadzedən istifadə olunub. 

Xatirə SADİQ