Trampın Putinlə arasını kim vurub? - “The Telegraph”
Xarici kütləvi informasiya vasitələri ABŞ prezidenti Donald Trampı rusiyalı həmkarı Vladimir Putinlə qarşıdurmaya kimin sövq etdiyini araşdırmaqdadır.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti yazıb.
Nəşr iddia edir ki, respublikaçılar arasında “qırğı” adlandırılan şəxslər bir neçə aydır dövlət başçısını fəal şəkildə Rusiyaya qarşı daha sərt mövqe tutmağa inandırmağa çalışırdılar.
Ağ Evin xüsusi elçisi, general Kit Kelloq bu səylərdə əsas rol oynayıb. Onun Trampla “incə işi” prezidentin Moskvaya münasibətinin dəyişməsinə təsir edib.
Digər əsas sərt xətt tərəfdarı isə Trampın ən nüfuzlu məsləhətçilərindən biri adlandırılan dövlət katibi Marko Rubio olub. O, bu addımı Rusiyanın Ukraynaya hava hücumlarını gücləndirdiyi vaxtda atıb.
“Bizim çoxumuz başa düşürdük: ruslar həmişə hər şeyi korlayırlar. Bizim taktikamız bir az kənara çəkilib, bunun nə üçün baş verdiyini dünyaya xatırlatmaq idi. Onlar həmişə hədlərini aşırlar”, - deyə mənbələrdən biri “The Tlegraph”a danışıb.
Nəşr qeyd edib ki, prezidentin bu qərarına birinci xanım Melaniya Tramp da təsir edib.
Xatirə SADİQ