Donald Trampa üçüncü sui-qəsdi edən şəxs erməni çıxdı - Özü danışdı
ABŞ-nin keçmiş prezidenti Donald Trampa üçüncü sui-qəsd cəhdində ittiham olunan 49 yaşlı Bem Miller milliyyətcə erməni olduğunu etiraf edib.
SAVASHMEDİA.az erməni KİV-nə istinadən xəbər verir ki, o, bu barədə “Fox News Digital” telekanalına telefonla müsahibəsində bildirib.
Miller deyib ki, onun tam erməni adını göstərən və göstərməyən (!) sənədləri var. Bu sənədlərdən dünyanın bəzi yerlərində istifadə edilməsi “əsrlər boyu erməniləri məhv etmək kampaniyasına görə” onun öldürülməsinə gətirib çıxara bilər.
O, bildirib ki, ona qarşı irəli sürülən ittihamlar saxtadır. Çünki hər zaman özü ilə gəzdirdiyi silah barədə yerli hakimiyyətə xəbər verib və silah gəzdirməsi ilə bağlı qanuni sənədlərə malikdir.
Erməniəsilli amerikalı qeyd edib ki, tez bir zamanda 5000 dollar girov qarşılığında sərbəst buraxılıb və hələ də ona qarşı heç bir federal ittiham irəli sürülməyib: “Mən həmişə yük maşınımın arxasında silahla səyahət edirəm”.
O, bildirib ki, orta məktəbi bitirdikdən sonra işə başlayıb və 30 ildir kütləvi informasiya vasitələrində çalışır. Bundan başqa, aparıcı artistlərlə musiqi klipləri və televiziya şouları üzərində işləyib, mediada senzuraya qarşı mübarizə aparmaq üçün “America Happens Network” layihəsini buraxıb.
Miller məhz bu iş zamanı ölüm təhdidləri almağa başladığını və odlu silah əldə etdiyini söyləyib.
O, qeyd edib ki, son zamanlar onun daha şox respublikaçılar xoşuna gəlir və 100 faiz Donald Trampın namizədliyini dəstəkləyir.
Xatirə SADİQ