Türkiyədə mədən çökdü – İki işçi xilas edilib, beşi axtarılır

Türkiyənin Manisa vilayətinin Soma rayonunda fəaliyyət göstərən mədənlərdən biri çöküb.

Oct 1, 2026 - 17:35
Türkiyədə mədən çökdü – İki işçi xilas edilib, beşi axtarılır

SAVASHMEDİA.az xəbər verir ki, hadisə nəticəsində 7 mədən işçisi uçqun altında qalıb.

Manisa valiliyi hadisə ilə bağlı Böhran Mərkəzinin yaradıldığını və aidiyyəti qurumların zəruri qrupları təcili şəkildə əraziyə göndərdiyini açıqlayıb. Daha sonra yayılan açıqlamada 7 mədən işçisindən ikisinin sağ olaraq xilas edildiyi bildirilib.

Hazırda digər işçilərin xilas edilməsi üçün axtarış-xilasetmə əməliyyatı fasiləsiz davam etdirilir.

Banu