Daha bir vəzifəli şəxs Rusiyada saxlanıldı - FOTO

Dağıstanın Qarabudaqkənd rayonunun rəhbəri Mahmud Əmirəliyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Jul 5, 2025 - 18:13
Daha bir vəzifəli şəxs Rusiyada saxlanıldı - FOTO

SAVASHMEDİA.az TASS-a istinadla xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının nümayəndələri məlumat yayıb.

Məmur dələduzluq işi üzrə aparılan istintaq çərçivəsində saxlanılıb.

Bildirilir ki, Əmirəliyev Dağıstanın dövlət katibi Maqomed-Sultan Maqomedovun qohumudur, o da ötən həftə saxlanılıb, bundan sonra işdən çıxarılıb. (musavat.com)

Fotoda: Mahmud Əmirəliyev