Xamenei ölüm ayağındadır? - TƏCİLİ
İranın ali dini lideri Ayətullah Əli Xamenei 25 gündür ictimaiyyət qarşısına çıxmır.
SAVASHMEDİA.az xarici mətbuata istinadən xəbər verir ki, bu müddət ərzində Xamenei xalqa iki videomüraciət ünvanlayıb. Müraciətlər isə gizli yerdə çəkilib.
Bəzi ekspertlər hesab edirlər ki, dini lider təhlükəsizlik baxımından bunkerdə gizlənib və oranı tərk etmək istəmir. Lakin yayılan yeni xəbərlərə görə, İsraillə müharibə onun səhhətinə ciddi təsir göstərib, o, ölüm ayağındadır. Bəziləri isə iddia edir ki, Xamenei artıq ölüb və hazırlanan videomüraciətlərdəki şəxs özü deyil.
Xatırladaq ki, Əli Xameneinin iyunun 13-də İsrail-İran müharibəsi başlayandan bunkerə sığındığı bildirilirdi.
Səlcuq