Azərbaycanlı müğənni öldürüldü - FOTO

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.

Jul 5, 2025 - 19:33
Azərbaycanlı müğənni öldürüldü - FOTO

SAVASHMEDİA.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Facebook" hesabında məlumat verib.

"Albina Pyakşeva (1993-cü il təvəllüdlü) Meksika ilə ABŞ sərhədində keçid məntəqəsini keçmək istəyərkən öldürülüb", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, Pyakşeva Bakı Caz Festivalı çərçivəsində gənc ifaçılar arasında keçirilən "I am Jazzman" müsabiqəsinin finalçısı olub, "Səs Azərbaycan" ("Azərbaycanın səsi") proqramında iştirak edib.

Foto: Albina Pyakşeva