Rusiyada yük və sərnişin qatarları toqquşdu - "326 sərnişindən..." + VİDEO
Rusiyanın Murmansk vilayətində yük qatarı sərnişin qatarı ilə toqquşub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Şimal-Qərb Nəqliyyat Prokurorluğu məlumat yayıb.
"İlkin məlumata görə, bu gün Murmansk - Sankt-Peterburq marşrutu üzrə hərəkət edən sərnişin qatarı ilə yük qatarı Knyajaya stansiyası ərazisində toqquşub. Murmansk - Sankt-Peterburq marşrutu ilə hərəkət edən 11 saylı sərnişin qatarı yük vaqonları ilə toqquşub. Zərbə bir neçə vaqonun relsdən çıxmasına səbəb olub. İlkin məlumata görə, üç sərnişin vaqonu və bir neçə yük vaqonuna ziyan dəyib. Qəza zamanı qatarda 326 sərnişin olub.", - məlumatda qeyd olunub.
Ölənlərin olduğu bildirilsə də, onların sayı ilə bağlı açıqlama verilməyib. Telegram kanalları hələlik 1 qadının vaqonlar arasında qalaraq xəsarət aldığına dair məlumat yayıb.
Vilayətin qubernatoru Andrey Çibisin sözlərinə görə, xilasedicilər hadisə yerinə gedib, həmçinin üç təcili yardım briqadası da göndərilib.
İlkin məlumata görə, sərnişin qatarının üç vaqonu və yük vaqonları relsdən çıxıb. Xəsarət alanlarla bağlı məlumat dəqiqləşdirilir. Həmin ərazidə hərəkət dayandırılıb.