Orban Zelenskiyə cavab verdi - "Ya qəbul edin, ya da..."
Macarıstanın baş naziri Viktor Orban Ukrayna prezident Volodimir Zelenskinin tənqidinə münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Viktor Orban “X” platformasında yazıb.
“Biz heç bir təxribata cavab verməyəcəyik. Masada atəşkəs təklifi var. Onu ya qəbul edin, ya da imtina edin. Bu sizin məsuliyyətinizdir"
Xatırladaq ki, Orban Milad atəşkəsi və genişmiqyaslı hərbi əsirlərin mübadiləsini bərqərar etmək təklifi barədə Rusiya prezidenti Vladimir Putinlə danışdıqdan sonra Zelenski ilə telefonda danışmaq istəyib.
Lakin Zelenski onunla telefonda danışmaqdan imtina edib və Macarıstanın baş nazirini fasiləsiz və lazımsız vasitəçilik etmək cəhdinə görə tənqid edib. Zelenski vurğulayıb ki, Orbanın təcavüzkar dövlətin başçısı üzərində heç bir təsir rıçaqı yoxdur.
Xatirə SADİQ