ABŞ dövlət katibinin müavini Azərbaycana səfər edəcək - Bu həftə 

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison M. Huker bu həftə Azərbaycana səfər edəcək.

Nov 17, 2025 - 13:08
ABŞ dövlət katibinin müavini Azərbaycana səfər edəcək - Bu həftə 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat yayılıb.

"Dövlət katibinin müavini Elison Huker 2025-ci il noyabrın 15-dən 21-dək Ermənistan və Azərbaycanda işgüzar səfərdə olacaq", - məlumatda qeyd olunub.

Səfərlə bağlı digər təfərrüatlar açıqlanmır.