“İsraili əzablı aqibət gözləyir” - Xamenei hədələdi

İran İslam Respublikasının ali dini rəhbəri Ayətullah Əli Xamenei İsrail dövlətini hədələyib. 

Jun 13, 2025 - 14:17
Jun 13, 2025 - 15:08
“İsraili əzablı aqibət gözləyir” - Xamenei hədələdi

SAVASHMEDİA.az bu barədə “Tasnim” xəbər agenliyinə istinadən xəbər verir.

İsrailin hücumları nəticəsində çoxlu sayda komandir və alimlərin şəhid olduğunu deyən Xamenei bildirib ki, İsrail bir gecədə endirdiyi zərbəyə görə “ağır cəza ilə üzləşəcək”.

Onun sözlərinə görə, İran silahlı qüvvələrinin “güclü əli sionist rejimini təqib edəcək”. 

“Sionist rejim bu cinayəti törətməklə özü üçün acı və əzablı aqibət müəyyənləşdirdi və mütləq onunla üzləşəcək”, - deyə Xamenei bildirib.

Xatirə SADİQ