Paşinyandan Putinin "sakitcə boşanaq" sözlərinə CAVAB

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 28-29-da Astana şəhərində keçiriləcək Avrasiya İqtisadi İttifaqı (Aİİ) sammitinə qatılmayacağını açıqlayıb.

May 11, 2026 - 19:04
May 11, 2026 - 23:17
Paşinyandan Putinin "sakitcə boşanaq" sözlərinə CAVAB

SAVASHMEDİA.az xəbər verir ki, Paşinyan qərarını ölkədə davam edən seçki kampaniyası ilə əlaqələndirib. 

O bildirib ki, hazırkı siyasi proseslər səbəbindən Ermənistandan kənara çıxa bilmir.

Baş nazir Rusiya Prezidenti Vladimir Putinin referendum təklifinə də münasibət bildirib.

Xatırladaq ki, Putin Ermənistanın gələcək kursu ilə bağlı, ölkənin Avropa İttifaqına, yoxsa Aİİ-yə yaxınlaşmaq istədiyini müəyyənləşdirmək üçün referendumun keçirilməsinin məqsədəuyğun ola biləcəyini demişdi.

Paşinyan isə bildirib ki, hazırda belə bir referendum gündəmdə deyil: “Biz bu məsələni referenduma çıxarmağı planlaşdırmırıq".

O, Putinin Ermənistanın Avropa yolunu tutacağı təqdirdə Rusiyanın ondan sakit və normal qaydada boşanacağı ilə bağlı fikirlərinə də etiraz edib:

"Dövlətlərarası münasibətləri ailə və ya nikah münasibətləri ilə qarışdırmaq düzgün deyil"

Oğuz