Ermənistan ABŞ səfərinin təfərrüatlarını açıqladı
ABŞ prezidenti Donald Trampla Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə həsr olunacaq.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidmətinin bəyanatında deyilir.
Açıqlamaya görə, Ermənistan, Azərbaycan və ABŞ liderlərinin üçtərəfli görüşü isə “regionda sülh, firavanlıq və iqtisadi əməkdaşlığı təşviq etmək” məqsədi daşıyacaq.
Mətbuat xidməti təsdiqləyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 7-8-də Vaşinqtona səfər edəcək, Ağ Evdə ABŞ prezidenti Donald Tramp və Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.
Xatirə SADİQ