Türkiyənin əfsanəvi müğənnisi xəstəxanaya yerləşdirildi - FOTOLAR
Türkiyənin ustad sənətkarı, türk musiqisinin yaşayan əfsanəsi, bəstəkar, müğənni Selami Şahin təcili xəstəxanaya yerləşdirilib.
SAVASHMEDİA.az xəbər verir ki, 77 yaşlı müğənni Çeşmedə tətildə olarkən müvazinətini itirərək yıxılıb.
Sağ qolu üstə yıxılan Selami Şahin xəstəxanaya aparılıb. Həkimlərin müayinəsindən sonra sənətçinin qolunda qırıq və ya çıxıq olmadığı bildirilib. Lakin zədə səbəbindən dincəlməli olduğu qeyd edilib. S.Şahin bir neçə gün xəstəxanada qalacaq.
Qeyd edək ki, "Tapılacak Kadınsın", "Özledim Her Şeyini", "İlle de Sen", "Ben Bir Tek Kadın Sevdim" kimi məhşur hitlərin müəllifidir.
Banu
Fotolarda Selami Şahin