Rumıniya F-16 qırıcılarını səmaya qaldırıb - SƏBƏB 

Bu gecə Rusiyanın Ukraynanın cənub vilayətlərinə kütləvi hücumu səbəbindən Rumıniya F-16 qırıcılarını səmaya qaldırıb.

Aug 6, 2025 - 14:21
Rumıniya F-16 qırıcılarını səmaya qaldırıb - SƏBƏB 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin bəyanatında deyilir. 

Məlumata görə, Rusiya qoşunları Rumıniya ilə sərhəddən çox da uzaq olmayan İzmail şəhərinin ərazisindəki mülki infrastruktura dronlarla güclü zərbələr endirib.

Rumıniya radarları Ukrayna hava məkanında, Tulça qraflığı yaxınlığında hava hədəfləri aşkarlayıb. Saat 01:10-da RO-Alert sistemi vasitəsilə mahalın şimal bölgəsinin əhalisinə xəbərdarlıq edilib.

“Rumıniyaya məxsus iki F-16 qırıcı təyyarəsi ölkənin hava məkanını müşahidə etmək üçün havaya qalxıb, lakin icazəsiz müdaxilə aşkarlamayıb”, - məlumatda bildirilib.

Rumıniya Müdafiə Nazirliyi Rusiyanın “beynəlxalq hüququ kobud şəkildə pozan və regional təhlükəsizliyi təhdid edən” bu təcavüzkar hərəkətlərini pisləyib.

Xatirə SADİQ