Zelenski Trampdan daha populyardır – Amerikada 

Ukrayna prezidenti Volodimir Zelenskinin amerikalılar arasında populyarlığı ABŞ prezidenti Donald Trampdan iki dəfə yüksəkdir.

Aug 6, 2025 - 14:32
Zelenski Trampdan daha populyardır – Amerikada 

SAVASHMEDİA.az “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, bunu “Gallup” sorğusunun nəticələri göstərir. 

İyulun 7-dən 21-dək keçirilən sorğuda 1002 nəfər iştirak edib və onlardan 14 “newsmeyker”i – siyasətçilər və sahibkarlar da daxil olmaqla ictimai xadimləri qiymətləndirmək istənilib.

Sosioloqlar mənfi rəylərin faizindən müsbət rəylərin faizini çıxmaqla “xalis əlverişlilik” səviyyəsini hesablayıblar. Zelenskidə bu səviyyə 18%, Trampda isə mənfi 16% təşkil edib.

Sorğu göstərib ki, amerikalılar rəqəmləri cəmləyərkən təqdim olunan şəxsiyyətlərdən yalnız üçünə ümumilikdə müsbət münasibət bəsləyirlər. Bunlar Roma Papası XIV Leo, Ukrayna prezidenti Volodimir Zelenski və Vermont ştatı üzrə senator Berni Sandersdir. XIV Leonun “xalis əlverişlilik” səviyyəsi 46%-ə, Sandersinki isə 11%-ə çatıb.

Digər “newsmakerlər”ə münasibət ümumiyyətlə mənfi olub. Sorğuda təmsil olunanlar arasında Nümayəndələr Palatasının üzvü Aleksandriya Okasio-Kortes, Fransa prezidenti Emmanuel Makron, ABŞ-nin səhiyyə və insani xidmətlər naziri Robert Kennedi-kiçik, keçmiş prezident Co Bayden, hazırkı vitse-prezident Cey Di Vens, müdafiə naziri Pit Heqset, Kaliforniya qubernatoru Qevin Nyusom, dövlət katibi Marko Rubia, İsrail baş naziri Binyamin Netanyahu və sahibkar İlon Mask olub. Sonuncu antireytinqin liderinə çevrilib – Maska qarşı “xalis xoşagəlməzlik” səviyyəsi 28% təşkil edib.

Xatirə SADİQ