Trampın elçisi Kiyevdədir

Bu gün Tramp administrasiyasının Ukrayna üzrə xüsusi elçisi Kelloq Kiyevə səfərə gəlib.

Feb 19, 2025 - 13:05
Trampın elçisi Kiyevdədir

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb.

Kelloq bildirib ki, səfəri yaxşı potensial danışıqlar aparmaq üçün bir şansdır.

“Biz dinləyəcəyik. Lazım olanı təqdim etməyə hazırıq. Biz təhlükəsizlik zəmanətlərinin zəruriliyini başa düşürük. Mənim missiyamın bir hissəsi dinləməkdir. Sonra mən ABŞ-yə qayıdacağam, prezident Trampla danışacağam. Hər şeyi düzgün başa düşməyimizə əmin olmaq üçün”, - deyə Kelloq əlavə edib.

Xatirə SADİQ