Budapeşt və Bratislava Avropa Komissiyasına şikayət etdi 

Slovakiya Respublikasının və Macarıstanın xarici işlər nazirləri Yuray Blanar və Peter Siyarto Avropa diplomatiyasının rəhbəri Kaya Kallasa birgə açıq məktub ünvanlayıblar. 

Aug 22, 2025 - 14:07
Budapeşt və Bratislava Avropa Komissiyasına şikayət etdi 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə TASR məlumat yayıb. 

Hər iki nazir qeyd edib ki, Ukrayna ordusu artıq doqquz gün ərzində Rusiya ərazisindəki “Drujba” neft kəmərinin infrastrukturuna üç dəfə hücum edib.

Onların sözlərinə görə, bu səbəbdən Slovakiya və Macarıstana da neft nəql edən boru kəməri ilə tədarük dayandırılıb. 

Onlar Avropa Komissiyasını “Aİ-yə üzv dövlətlərin enerji təchizatının təhlükəsizliyini təmin etmək üzrə öhdəliklərinə əməl olunmasını dərhal təmin etməyə” çağırıblar.

Xatirə SADİQ